METBUAT.AZ

İqtisadiyyat

Gündəlik neft hasilatı 76 min tonu keçib

12 İyun 2024 13:14

Bu ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 775 ton olub.

Metbuat.az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 62 118 tonu xam neft, 14 657 tonu kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.


metbuat.az.