15 İyun 2024 13:57
Türkiyənin XİN rəhbəri Hakan Fidan Azərbaycanı Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə o, "X" hesabında qeyd edib:
"Türkiyə ilə Azərbaycanı köklü dostluq və sarsılmaz qardaşlıq telləri bağlayan iki dövlətdir. Şuşa Bəyannaməsi ilə möhkəmlənmiş bu birlik bundan sonra da regionumuzda sülhün və sabitliyin təminatı olacaq. Ümid edirəm ki, “Bir millət, iki dövlət” devizi ilə sevgimiz, qardaşlığımız əbədi qalacaq".