10 İyun 2024 11:07
Məhkəmədə hakimlə mübahisə edən 5 ildir vəkillik fəaliyyəti ilə məşğul olan vəkillin fəaliyyəti müvəqqəti dayandırılıb.
Metbuat.az Unikal.az-a istinadən bildirir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti belə qərar qəbul edib.
Məlum olub ki, 12 saylı vəkil bürosunun vəkili Əhməd Məhərrəmli Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə edib. Hakim isə vəkilin hərəkətləri ilə bağlı Vəkillər Kollegiyasına şikayət edib.
Kollegiyanın qərarı ilə Əhməd Məhərrəmlinin fəaliyyəti 1 aylıq dayandırılıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işlərdən biri həmin səbəbdən təxirə salınıb. Hakim Əli Məmmədov deyib ki, tərəflərdən birinin vəkili Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırıldığına görə məhkəmədə iştirak edə bilmir. Həmin səbəbdən proses təxirə salınıb. Vəkil icraatında olan digər işlərdə də iştirak edə bilməyəcək.