METBUAT.AZ

İdman

Heyətdə və oyun üslubunda dəyişikliklər ola bilər -

11 İyun 2024 03:14

Heyətdə və oyun üslubunda dəyişikliklər ola bilər.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov Qazaxıstan ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl baş tutan mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis Albaniya ilə oyundan sonra Qazaxıstan matçına hazırlaşmaq üçün az vaxtlarının olduğunu söyləyib: "Daha çox futbolçuların fiziki və psixoloji durumlarını yaxşılaşdırmağa çalışdıq. Bu gündən etibarən sabahkı görüşdə hansı taktika ilə çıxış edəcəyimiz üzərində işləyəcəyik. Heyətlə bağlı bəzi problemlər var. Coşqun Diniyev və Bəhlul Mustafazadə zədələnmişdilər. Onlarla bağlı qərarı bugünkü məşqdən sonra verəcəyik. Heyətdə və oyun üslubunda dəyişikliklər ola bilər. Dominant oynamağa, hücumda çıxış etməyə, rəqibi meydanın onlara aid hissəsində qarşılamağa çalışacağıq. Qazaxıstan komandası ilə əvvəllər də qarşılaşmışıq. Oyun sistemləri, demək olar ki, eynidir. Qarşıda seçmə matçlar olacaq. Həmin vaxta qədər heyətin formalaşması istiqamətində işlər görürük”.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü iyunun 11-i, saat 18:00-da Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.


metbuat.az.