METBUAT.AZ

Ölkə

İdmançı atasının arzusunu illər sonra gerçəkləşdirdi -

19 İyun 2024 11:07

Tanınmış idmançı və aktyor Şükran Soltanov atası ilə bağlı paylaşımla gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, idmançı atasının doğum günündə valideynin arsuzunu reallaşdırıb. Belə ki Şükran 65 yaşı olan atasına həmişə arzuladığı "Mercedes" markalı avtomobili hədiyyə edib.

Görüntüləri sosial media hesabından paylaşan idmançı bu sözləri qeyd edib:

"Atamin 65 yaşı tamam oldu. Ata səni tebrik edirem ürəkdən. Sən hərşeyin ən gözəlnə layiqsən. Sənə nə etsəm də azdır. Yadıma gəlir hər zaman, bu sənin arzun olub, ala bilmədiyin maşın olub. Allah sənə çox uzun ömür bəxş etsin ata və mən nə qədər ki, canımda can var hər bir arzunu həyata keçirim. Sənin də, anamın da. Dostlar yenə deyirəm söhbət avtomobilin hər hansı qiymətindən getmir, məsələ illər öncə arzu edib də ala bilmədiyi maşından gedir".


metbuat.az.