METBUAT.AZ

Şou

İki dəfə evli olub, bu işlə məşğuldur -

5 İyun 2024 17:04

Müğənni Afət Fərmanqızının həyat yoldaşı biznesmen imiş.

Metbuat.az xəbər verir ki, ARB telekanalında yayımlanan "Həmin Zaur" verilişində qonaq olan müğənni həyat yoldaşıdan danışıb. O, həyat yoldaşının daha öncə iki dəfə evli olub ayrıldığını, birinci evliyiyindən bir, ikinci evliliyindən isə iki uşağı olduğunu bildirib. Aparıcının "bəs sizinlə nikahı varmı" sualına, "əlbəttə var, mən nikahsız evliliyi, dini kəbini qəbul etmirəm", - deyə cavab verib.

Afət Fərmanqızı həyat yoldaşı ilə harada tanış olduğunu da açıqlayıb. O, həyat yoldaşının restoranında toyda olarkən tanış olduqlarını bildirib.

Zaur Əliyev, Metbuat.az


metbuat.az.