METBUAT.AZ

Hadisə

İldırım vuran 24 yaşlı gəncin son durumu AÇIQLANDI

1 İyun 2024 11:37

Xəbər verdiyimiz kimi, Gəncədə 24 yaşlı O.Quliyevi ildırım vurub. O, ağır halda xəstəxanaya çatdırılıb.

TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2000-ci il təvəllüdlü O. Quliyev dünən saat 20:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə ildırım vurma diaqnozu ilə yerləşdirilib:

"Pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb".


metbuat.az.