METBUAT.AZ

Elm və Təhsil

İmtahan verən müəllimlərin nəzərinə

10 İyun 2024 11:59

8 iyun tarixində təşkil olunan təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.

Bu barədə Metbuat.az-a Təhsil İnstitutundan xəbər verilib.

Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlər 13 iyun saat 11:00-a qədər qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.


metbuat.az.