METBUAT.AZ

Elm və Təhsil

İmtahanlarla bağlı Məleykə Abbaszadədən

24 İyun 2024 11:33

Qəbul imtahanları ilə bağlı heç bir problem yoxdur.

Metbuat.az xəbər verir ki, bunu qəbul imtahanlarının birinci mərhələsinin çətin olması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtahanın çətinlik dərəcəsini kimlərinsə fikrinə görə söyləmək doğru yanaşma deyil:

"Nəticəni yalnız imtahanda iştirak edən bütün iştirakçıların nəticələri əsasında söyləmək olar. Statistikaya baxanda görürük ki, qəbul imtahanları ilə bağlı nəticələr necə gözləyirdiksə, elə də oldu".

O xatırladıb ki, qəbul imtahanlarının modeli tədris ilinin əvvəlindən DİM tərəfindən buraxılan jurnalda çap olunub:

"Maraqlanan hər kəs bu modellərlə imtahanda təqdim olunan modeli müqayisə edə bilər. Fevral ayında da sınaq imtahanı keçirilib və suallar da nəşr edilib, bunlar hər kəs üçün əlçatandır".


metbuat.az.