METBUAT.AZ

İdman

İngiltərə büdrədi:

20 İyun 2024 22:05

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb.

Metbuat.az xəbər verir ki, C qrupunun oyununda heç-heçə qeydə alınıb - 1:1. Matçda hesabı ingilislər açıb. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. 34-cü dəqiqədə isə "status kvo" bərpa olunub. Morten Yulmann adını tabloya yazdırıb.

Qeyd edək ki, qarşılaşmada UEFA nümayəndəsi kimi həmyerlimiz Könül Mehdiyeva təyinat alıb.


metbuat.az.