METBUAT.AZ

İdman

İngiltərədən 12-ci dəqiqədə möhtəşəm qol -

16 İyun 2024 23:22

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun başlayıb.

Metbuat.az xəbər verir ki, Serbiya – İngiltərə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı italiyalı Daniele Orsato idarə edir. C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə bərabərə qalıb - 1:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

***

Matçın 12-ci dəqiqəsində İngiltərə yığması hesabı açıb: 0 - 1


metbuat.az.