METBUAT.AZ

Sosial

İnsanlar dənizin çirkli hissəsində niyə çimirlər? -

20 İyun 2024 15:25

Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı monitorinqin nəticələrinə görə, Səbail rayonu Şıx çimərliyində çimmək tövsiyə edilmir. Burada dəniz suyunun tullantı ilə çirklənməsinin davam etdiyi və bakterioloji çirklənmə göstəricilərinin normativlərin tələblərinə cavab vermədiyi müəyyən olunub. Buna rəğmən ərazidə xeyli insan var.

Metbuat.az xəbər verir ki, çirkli dənizdə istirahət etmək, suya girmək sağlamlıq üçün təhlükəlidir.

Həkim Abbas Bağırov bildirib ki, bakterioloji çirklənməyə məruz qalan dəniz suyu burun, qulaq, boğaz, göz, mədə-bağırsaq, ginekoloji və dəri xəstəliklərinin yaranmasına səbəb olur.

"Buna görə də sanitar-gigiyenik normativlərə uyğun gəlməyən çimərliklərdən istifadə qadağan olunmalıdır. Çünki bu, ciddi epidemik vəziyyətin yaranmasına səbəb ola bilər".

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



metbuat.az.