3 İyun 2024 17:30
İmtahandan keçə bilmədiyinə görə intihar edən abituriyent müğənni Tacir Şahmalıoğlunun qohumudur.
Metbuat.az bildirir ki, bu barədə Qaynarinfo-ya sənətçinin özü məlumat verib.
Müğənni abituriyentin qardaşının qaynı oğlu olduğunu vurğulayıb:
"Dünəndən yasdayıq. Allah kiməsə göstərməsin, ağır dərddir. 17 yaşında, boy-buxunlu övlad, heyif belə bir uşaqdan. Gələn il qəbul olardı, nə olacaqdı ki?"
Qeyd edək ki, Bakının Günəşli qəsəbəsində imtahandan keçə bilməyən şagir intihar edib.