METBUAT.AZ

İdman

"İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik"

21 İyun 2024 03:12

İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik.

Metbuat.az xəbər verir ki, bunu İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Danimarkaya qarşı AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis oyunun gözlədikləri qədər yaxşı keçmədiyini bildirib: "Qarşılaşma bizim üçün bir o qədər uğurlu keçmədi. Topu özümüzdə çox saxlaya bilmirik.Düşünürəm ki, daha da yaxşı ola bilərdik. İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik. Sloveniya ilə matçda daha fərqli olmağa çalışacağıq".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün C qrupunun matçında İngiltərə Danimarka yığması ilə heç-heçə edib - 1:1.


metbuat.az.