METBUAT.AZ

İdman

İtaliya 1/8 finala vəsiqə qazandı -

25 İyun 2024 01:09

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü başa çatıb.

Metbuat.az xəbər verir ki, B qrupunun oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qarşılaşmada hesabı xorvatlardan 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+ 8-ci dəqiqədə gəlib. Mattia Cakkani fərqlənib.

Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.


metbuat.az.