METBUAT.AZ

Ölkə

İtkin düşmüş və şəxsiyyəti müəyyən edilmiş 8 şəhid dəfn ediləcək

25 İyun 2024 16:17

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhidin dəfn ediləcəyi yer və tarix məlum olub.

Metbuat.az Report-a istinadən bildirir ki, iyunun 27-də Baratov Hörmət Beytulla oğlu, Ağayev Şahlar Hüseynağa oğlu və Qasımov Adıgözəl Əmirsoltan oğlunun cəsədlərinin qalıqları Xaçmazda dəfn olunacaq.

Elə həmin gün Zeynalov Ucar Fidail oğlunun qalıqları Göygöl rayonunda, Əsgərov Əhliman Vahid oğlunun cəsədlərinin qalıqları isə Şəmkirdə dəfn ediləcək.

İyunun 28-də isə digər şəhidlər - Cavadov Elman Xurşud oğlu Sumqayıt Şəhidlər Xiyabanında, Əbdürəhmanov Yasin Şakir oğlu Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində, Yaqubov Fəqan Misir oğlu isə Tərtər rayonunun Sarıcalı kəndində torpağa tapşırılacaq.


metbuat.az.