25 İyun 2024 11:13
“Wikileaks”ın qurucusu Julian Assanj İngiltərədəki həbsxanadan azadlığa buraxılıb.
Metbuat.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində “Wikileaks” hesabı məlumat yayıb.
Bəyanatda deyilib ki, “Julian Assange azaddır”.
Onun saxlanılmasına səbəb isə 2010-cu ildə “Wikileaks” ABŞ-nin İraq və Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarla bağlı 251 min gizli sənəd dərc etməsi olub.
Qeyd edək ki, “Wikileaks”, 2006-cı ildə Julian Assanj tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatıdır. Təşkilatın fəaliyyəti məxfi sənədləri və məlumatları ictimaiyyətə çatdırmaqdır. “Wikileaks”, anonim mənbələrdən əldə etdiyi sənədləri onlayn olaraq dərc edərək hökumətlərin və digər təşkilatların gizli fəaliyyəti haqqında məlumatları açıqlayır.