12 İyun 2024 17:21
Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank-da nağd kredit əldə edən müştərilər üçün lotereya keçirilirdi. Lotereyanın şərtlərinə əsasən 15 aprel-3 iyun 2024-cü il tarixlərində “Gündəlik təlabat krediti” rəsmiləşdirilən müştərilər avtomatik olaraq lotereyada iştirak edib qalib ola bilərdilər.
12 iyun 2024-cü il tarixində lotereyanın 2-ci və final tirajları baş tutdu. Canlı yayımda təsadüfi üsulla seçilən 23 nəfər 2-ci tirajın qalibi oldu. Qaliblər əldə etdikləri kreditin maksimum 500 AZN aylıq ödənişini hədiyyə olaraq qazandılar.
2-ci tirajın qalibləri haqqında ətraflı məlumat: https://kbl.az/prqi
Bundan başqa 15 aprel-3 iyun 2024-cü il tarixləri aralığında nağd kredit əldə edən müştərilər arasında keçirilən təsadüfi seçimdə 4 nəfər final tirajının qalibi oldu. Qaliblər kreditlərinin maksimum 10 000 AZN olmaqla tam ödənişini hədiyyə olaraq qazandılar.
Final tirajının qalibləri haqqında ətraflı məlumat: https://kbl.az/prqf
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.