METBUAT.AZ

Gündəm

KİV: İcra başçısının iki oğlu zərərsizləşdirilib -

23 İyun 2024 23:02

Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu Mahaçqaladakı hücumda iştirak edib: Osman və Adil Ömərov.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, məhz bu qardaşlar zərərsizləşdiriliblər.

Qeyd edək ki, Mahaçqala və Dərbənddə iki kilsə və bir sinaqoqa, o cümlədən yol polisi postuna hücum edilib. Nəticədə rəsmi məlumata görə, 6 polis ölüb, 12-si yaralanıb. Dərbənddə keşiş qətlə yetirilib, Mahaçqalada kilsə mühafizəçisi öldürülüb, o cümlədən sinaqoq yandırılıb.

İlkin məlumata görə, ən azı iki silahlı öldürülüb.


metbuat.az.