METBUAT.AZ

Ölkə

Komaya düşərək həlak olan Akifin

10 İyun 2024 21:05

Ötən gün dəhşətli qəzada həlak olan 10 yaşlı Akif Mahmudovun fotosu yayılıb.

Metbuat.az Oxu.az-a istinadən həmin fotonu təqdim edir.

Məlumat üçün bildirək ki, hadisə Ələt-Astara magistralının 152-ci kilometrində olub.

"Toyota Prado" və "Mercedes" markalı minik avtomobilləri toqquşublar. Qəza nəticəsində "Toyota Prado" aşıb, "Mercedes" markalı avtomobil isə ikiyə bölünüb. Yaralılardan 10 yaşlı Akif Mahmudov və 57 yaşlı Məlahət Mahmudovanın vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, qəza nəticəsində ağır xəsarət alan 2014-cü il təvəllüdlü Akif Mahmudov komadan çıxmayıb.

O, V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 4b sinfinin şagirdi olub.


metbuat.az.