METBUAT.AZ

Hadisə

Kürdə faciəvi hadisə -

15 İyun 2024 22:38

Mingəçevirdə Kür çayında qayıqda yanğın olub.

Metbuat.az Report-a istinadən, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın olub.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.