METBUAT.AZ

Gündəm

Lənkəranda bazar yanır - FOTO

21 İyun 2024 09:50

Lənkəran şəhərində bazarda yanğın başlayıb.

Metbuat.az-ın məlumatına görə, hadisə mərkəzi bazarın daxilində fəaliyyət göstərən "Al market"dən başlayıb. Yanğının miqyasının getdikcə böyüdüyü deyilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilb. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür.



metbuat.az.