1 İyun 2024 08:25
"Fənərbağça" rəhbərliyi yaxın vaxtlarda kluba portuqaliyalı baş məşqçi Joze Mourinyonun gəlişi ilə komandanın hücum xəttini gücləndirmək niyyətindədir.
Metbuat.az xəbər verir ki, bu məqsədlə klub "Barselona"nın forvardı Robert Levandovski ilə əlaqə yaradıb.
Məlumata görə, polşalı futbolçu "Fənərbağça"nın hücum xəttini gücləndirmək üçün yeganə variant deyil.
Xatırladaq ki, daha əvvəl mətbuatda Mourinyonun artıq "Fənərbağça" ilə 2 illik müqavilə imzaladığı haqda məlumatlar yayılıb. Levandovskinin "Barselona" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm hücumçu bütün turnirlərdə 49 matçda iştirak edib, 26 qol vurub və 9 məhsuldar ötürmə edib.