METBUAT.AZ

Dünya

Makron istefa ehtimalını nəzərdən keçirir -

11 İyun 2024 11:12

Fransa Prezidenti Emmanuel Makron istefa verə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "Europe 1" radiostansiyası bildirib.

Məlumata görə, istefa məsələsini Prezident Makron özünün yaxın adamları ilə müzakirə edib.

Prezidentə yaxın mənbə bildirib, onun istefası tabu deyil:

"Bəli, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik. O, beş illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır".


metbuat.az.