METBUAT.AZ

İdman

Mbappe Ardanın qoluna belə reaksiya veribmiş -

20 İyun 2024 11:42

Avropa çempionatında keçirilən Türkiyə - Gürcüstan matçında Arda Gülerin qoluna onun “Real Madrid”dəki komanda yoldaşı Kilian Mbappe reaksiya verib.

Metbuat.az xəbər verir ki, Mbappenin Arda Gülerin qoluna çox təəccübləndiyi bildirilib. Mbappenin Ardanın qoluna “Onu yaxşı tanımıram, amma bu, əla qoldur. İnanılmaz qoldur” dediyi bildirilib.

Qeyd edək ki, Arda Gülerin qoluna "Real Madrid"in ulduzu Cude Bellinqem də reaksiya vermişdi. O instaqram hesabında "Heç təəccüblənmirəm, qardaş!" deyə qeyd etmişdi.


metbuat.az.