METBUAT.AZ

İdman

Mbappe üçün hazırlanan maskanın qiyməti bəlli oldu

20 İyun 2024 19:25

Fransa millisinin futbolçusu Kilian Mbappenin AVRO-2024-də Avstriya ilə oyun zamanı burnu qırıldığı üçün ona xüsusi maska hazırlanır.

Metbuat.az xəbər verir ki, maskanın qiyməti 1200 avrodur. Belə ki, bu maska NASA-nın raket istehsalında istifadə etdiyi karbon lifli materiallardan olacaq.

Qeyd edək ki, Mbappe Avstriya ilə oyun zamanı rəqib komandanın futbolçusu ilə toqquşaraq burnunu sındırmışdı. Matç fransızların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.


metbuat.az.