METBUAT.AZ

Media

MEDİA və “AzerGold” müsabiqə elan edib

5 İyun 2024 15:11

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə növbəti dəfə “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilir.

Qeyd edək ki, məzmun müsabiqəsi jurnalistika və kommunikasiya ixtisasında təhsil alan və bu sahəyə marağı olan gənclər üçün “MEDİAlab” layihəsi çərçivəsində həyata keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd gənclərdə:

Müsabiqəyə hazırda ali təhsil müəssisələrində təhsil alan gənclər 3 (üç) nəfərdən ibarət komandalar şəklində qatıla bilərlər.

Müsabiqəyə müraciət zamanı komandalar təqdim edir:

Müsabiqəyə onlayn qəzet nümunəsi təqdim edən komandanın tərkibi redaktor-müxbir, dizayner və korrektordan, reportaj təqdim edən komandanın tərkibi redaktor-müxbir, operator və montajçıdan ibarət olmalıdır.

Müvafiq material və ya reportajın mövzusu aşağıdakılardan biri olmalıdır:

Qiymətləndirmə meyarları:

Meyarların hər biri maksimum 10 (on) bal təşkil edir.

Qiymətləndirmə hər kateqoriya (onlayn qəzet nümunəsi və ya reportaj təqdim edən) komandalar üzrə ayrı-ayrılıqda aparılır və hər bir kateqoriyada 3 (üç) komanda olmaqla ümumilikdə 6 (altı) komanda qalib elan olunaraq müxtəlif hədiyyələr qazanacaq və sertifikatla təltif olunacaqdır.

Müsabiqəyə müəyyən edilmiş müddət ərzində qeyd edilən linkdə elektron qeydiyyat formasını dolduraraq müraciət edə bilərsiniz.

Müraciət zamanı onlayn qəzet səhifəsinin “.pdf” versiyası və ya reportaj link formasında (wetransfer, sendgb və s. proqramlar vasitəsilə hazırlanan link) qeydiyyat bölməsində yerləşdirilməlidir.

Müraciət üçün son tarix: 25 iyun 2024-cü il

Qeydiyyat linki: https://bit.ly/KMB-2024


metbuat.az.