METBUAT.AZ

Sosial

Metrodan istifadə edən sərnişinlərin sayı artıb

14 İyun 2024 11:12

Bu ilin yanvar-may aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 3,6 % artıb.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı Metropolitenindən istifadə edənlərin sayı 95,1 milyon nəfər olub.

Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı isə 27, Bakı metrosunun ümumi uzunluğu 40,7 kilometrdir.

Bakı Metropoliteninin konseptual inkişaf proqramına uyğun olaraq, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.


metbuat.az.