13 İyun 2024 19:41
Metronun "28 May" stansiyasının qarşısındakı avtomobillərin girişi üçün bağlanan Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılır.
Metbuat.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb. Qeyd olunub ki, müvafiq işçi qüvvəsi və texnika artıq əraziyə cəlb edilib. Ərazidə hansı işlərin görüləcəyi ilə bağlı hələ ki hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, bu meydana avtomobillərin girişi qadağan ediləndə orada asfalt örtüyünün xeyli azaldılacağı, yalnız ictimai nəqliyyatının hərəkətinə icazə veriləcəyi, velozolaqlar salınacağı və ağac əkilərək yaşıllaşdırma işlərinin aparılacağı ilə bağlı məlumatlar yayılmışdı.