METBUAT.AZ

İqtisadiyyat

Milli Bankdan dollarla bağlı açıqlama

27 İyun 2024 13:14

Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 3 milyard 598,8 milyon ABŞ dolları məbləğində satış olub.

Metbuat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 581 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 7,4 dəfə çoxdur.


metbuat.az.