METBUAT.AZ

İdman

Millimiz Ermənistanı darmadağın etdi

8 İyun 2024 12:48

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində Ermənistan millisi ilə üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, yığma ilk matçında qələbə qazanıb. Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.


metbuat.az.