METBUAT.AZ

Ölkə

Mingəçevirdə güclü külək ağacları aşırdı, 5 nəfər xəsarət aldı

20 İyun 2024 21:52

Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb. Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.


metbuat.az.