5 İyun 2024 11:51
"Fənərbağça" İngiltərənin "Çelsi" klubunda forma geyinən Lesli Ugoçukvunun transferi üçün hərəkətə keçib.
Metbuat.az "SporX"ə istinadən xəbər verir ki, yarımmüdafiə üçün mübarizə ruhlu və fiziki cəhətdən güclü olan oyunçu istəyən Joza Mourinyo fransız futbolçunun transferini istəyir.
20 yaşlı Ugoçukvunun icarəyə götürülməsi də baş tuta bilər.
Qeyd edək ki, futbolçu ötən mövsüm 27 milyon qarşılığında Fransanın "Renn" klubundan London təmsilçisinə keçib. O, İngiltərə liqasında 12 oyunda 297 dəqiqə forma geyinib. Futbolçu hazırda Fransa U21 millisində çıxış edir.