24 İyun 2024 14:12
Mişi Batşuayinin "Qalatasaray"la anlaşmasından sonra hücumçu axtarışları aparan "Fənərbaxça" Alvaro Moratanı transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, “Atletiko Madrid”dən ayrılmaq istəyən Moratanın müqaviləsində 12 milyon avroluq sərbəst qalma maddəsinin olduğu bildirilib. "Fənərbaxça"nın bu məbləği ödəmək istədiyi deyilir. Alvaro Moratanın menecerinin Avropanın böyük klubları ilə əlaqə saxladığı vurğulanıb. İspan hücumçu ilə "Roma", "Yuventus", "Borussiya Dortmund" və "Mançester Yunayted"in maraqlandığı bildirilib.
Bildirilib ki, Morata Joze Mourinyo amilinə görə, “Fənərbaxça”ya razılıq verə bilər. "Fənərbaxça"nın prezidenti Ali Koçun Alvaro Morataya 4 milyon 500 min avrodan çox maaş təklif etdiyi deyilir.