METBUAT.AZ

İdman

​Mourinyonu “Fənərbaxça”ya getməyə bu tanınmış şəxs razı salıb

3 İyun 2024 09:45

Joze Mourinyo “Fənərbaxça”ya razılıq verməzdən əvvəl bir sıra şəxslərlə telefon danışığı aparıb.

Metbuat.az xəbər verir ki, Mourinyo “Fənərbaxça”da oynayan Fred və Dzekoya zəng edərək məlumat alıb.Bildirilir ki, portuqaliyalı məşqçinin Türkiyə klubuna razılıq verməsinə həlledici təsiri Jorje Jesus göstərib. Bildirilir ki, Mourinyo bir vaxtlar “Fənərbaxça”da baş məşqçi işləyən Jesusla telefon əlaqəsi saxlayaraq, Türkiyə klubu barədə danışıb. Bu danışıqdan sonra Mourinyo “Fənərbaxça”ya razılıq verib.

Qeyd edək ki, Joze Mourinyo “Fənərbaxça” ilə müqavilə imzalayıb.


metbuat.az.