6 İyun 2024 14:12
"Fənərbaxça"nın yeni baş məşqçisi Joze Mourinyo yeni mövsüm üçün heyəti qurmağa başlayıb.
Metbuat.az xəbər verir ki, portuqaliyalı çalışdırıcının ilk hədəfi əcnəbi oyunçuların sayını azaltmaq olacaq. Məlumata görə, yeni mövsümdən Türkiyədə klublar 12 əcnəbi futbolçunu heyətdə saxlaya biləcək. Bildirilir ki, Joze Mourinyonun ilk məqsədi dəyişəcək qaydaya görə əcnəbi futbolçuların sayını azaltmaqdır. 18 əcnəbi futbolçusu olan "Fənərbaxça" yeni mövsümdə dəyişəcək əcnəbi futbolçular barədə qaydaya görə bu sayını 12-yə endirməli olacaq.
"Fənərbaxça"dan gedəcək oyunçuların əvəzinə Joze Mourinyo öz fəlsəfəsinə uyğun futbolçuların transfer olunmasını istəyir.