METBUAT.AZ

İdman

Mourinyonun həmyerlisi "Fənərbağça"ya doğru

8 İyun 2024 14:04

Baş məşqçi postuna portuqaliyalı mütəxəssis Joza Mourinyonu gətirməklə diqqətləri üzərinə çəkənən "Fənərbağça" ilə bağlı daha bir ulduz transferi xəbəri yayılıb.

Metbuat.az xəbər bildirir ki, "Fotomaç"ın xəbərinə görə, Jorje Mendes "PSJ"də forma geyinən Qonçalo Ramosu İstanbul təmsilçisinə təklif edib. Joze Mourinyo oyunçunun keçidinə müsbət yanaşıb.

"Fənərbağça" rəhbərliyi "PSJ"nin baş məşqçisi Luis Enrikenin heyətdə düşünmədiyi Ramosu icarəyə götürmək üçün masaya oturacaq.

Qeyd edək ki, 22 yaşlı Qonçalo Ramos ötən mövsüm 65 milyona "Benfika"dan Fransa klubuna keçmişdi. O, bu mövsüm "PSJ"də 40 oyunda meydana çıxıb, 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Poruqaliya millisinin "AVRO-2024" heyətində yer alıb.


metbuat.az.