METBUAT.AZ

İdman

Mourinyonun istədiyi ulduz hücumçunun adı açıqlandı

21 İyun 2024 14:15

İtaliya mətbuatı "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun kluba transfer etmək istədiyi hücumçunun adını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Mourinyo mərkəz hücumçu mövqeyində Lukakunu oynatmaq istəyir. "La Gazzetta dello Sport"un xəbərinə görə, “Fənərbaxça” Lukakunu transfer etmək üçün hərəkətə keçib. Məlumata görə, belçikalı hücumçunu heyətində görmək istəyən yeganə məşqçi Mourinyo deyil. Xəbərdə futbolçu ilə "Napoli" ilə müqavilə imzalayan Antonio Kontenin də maraqlandığı bildirilib.

Ötən mövsüm icarə əsasında “Roma”da oynayan Lukakunun satışından “Çelsi”nin 43 milyon avro gəlir gözlədiyi bildirilib.


metbuat.az.