METBUAT.AZ

Sosial

Mövsümi meyvələrin qiyməti niyə düşmür? - AÇIQLAMA

12 İyun 2024 10:55

"Mövsümi meyvələrin ucuzlaşmasını ləngidən yığım prosesinin yekunlaşmamasıdır. Bu da onunla əlaqəlidir ki, meyvələr tam yetişməyib".

Bu sözləri Metbuat.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib.

O bildirib ki, yaz aylarında havanın temperaturu dəyişkən oldu, yağışlar yağdı. Ona görə də, meyvə-tərəvəzin kütləvi şəkildə yetişməsi gecikdi:

"Mövsümi meyvələrin yetişməsi üçün, istilik lazımdır. Kütləvi yetişmə üçün havanın temperaturu davamlı olaraq 30 dərəcədən yuxarı olmalıdır". Hal-hazırda ötən həftəyə nisbətən meyvələrin qiymətində müəyyən qədər ucuzlaşma var.

Məsələn may ayının sonunda ağ ərik yetişir. İyun ayının 10-na kimi artıq mövsümünü başa vurmuş olur. Amma bu il ağ ərik hələ indi yetişir. 15-20 gün əriyin yetişməsi gecikib. Həmçinin albalının, gilasın yetişməsi gecikdiyi üçün, qiymətlərin yüksək olması müşahidə olunur".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.