METBUAT.AZ

Ölkə

Naxçıvan istiqamətindəki mövqelər növbəti dəfə atəşə tutuldu

14 İyun 2024 20:25

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 14-ü saat 13:55-də Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün axşam, bu gün isə səhər saatlarında da Naxçıvan istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.


metbuat.az.