METBUAT.AZ

Elm və Təhsil

Naxçıvanda qəbul imtahanları keçirildi

2 İyun 2024 17:18

Naxçıvanda I və IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib.

Metbuat.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi I və VI ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan respublikanın 22 şəhər və rayonunda təşkil edilib.

Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanda, ümumilikdə 920 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 12 rəhbər, 93 nəzarətçi ayrılıb.


metbuat.az.