10 İyun 2024 12:51
Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.
Metbuat.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, general Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Nazirin digər Əmri ilə polkovnik Elnur Kazımov katibliyin rəisi təyin edilib.