METBUAT.AZ

Ölkə

Nazir müavini təyin olunan Abiddin Hüseynov kimdir? -

5 İyun 2024 11:08

Xəbər verdiyimiz kimi, Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib. Bu vəzifəyə Ali Məhkəmənin hakimi Abiddin Hüseynov təyinat alıb.

Metbuat.az Abiddin Hüseynovun dosyesini təqdim edir:

Abiddin Hüseynov 1977-ci ildə anadan olub. O, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda həm bakalavr, həm də magistr təhsili alıb. Təhsilini Rusiya Hüquq Akademiyasının Hüquq fakültəsində davam etdirib.

A. Hüseynov əmək fəaliyyətinə 2000-ci ildən başlayıb. 2000-2010-cu illərdə Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə çalışıb. 2010-2013-cü illərdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi, 2013 - 2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyib.

2020-ci ildən Ali Məhkəmənin hakimi olub. O, həmçinin Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü vəzifəsində çalışır.

Abiddin Hüseynov ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.


metbuat.az.