14 İyun 2024 15:05
“Bu gün 300 mindən çox vətəndaşımıza ünvanlı sosial yardım verilir”.
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, sosial əhatəlilik dairəsinin genişləndirilməsi üçün tədbirlər görülür: “Qanunvericilikdə məhdudiyyət varsa, o məhdudiyyətə rəğmən pul verilə bilməz. Qanunda olan məhdudiyyətlər də zamanında əsaslandırılıb. Qanuna dəyişiklik təklifi varsa, baxa bilərik. Amma hər bir dəyişikliyin də maliyyə yükünə baxılmalıdır”.