METBUAT.AZ

İdman

Niderland - Fransa matçı heç-heçə yekunlaşdı:

22 İyun 2024 01:02

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Niderland - Fransa görüşü başa çatıb.

Metbuat.az xəbər verir ki, Leyptsiq şəhərindəki "Red Bull Arena"da gerçəkləşən D qrupunun oyununda hesab açılmayıb.

Qeyd edək ki, bu qrupun II turunun ilk matçında Avstriya Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.


metbuat.az.