METBUAT.AZ

Maraqlı

Niyə yaş çoxaldıqca vaxt tez keçir? -

22 İyun 2024 14:14

Bir çox insan yaşı artdıqca, zamanın daha sürətlə getdiyindən şikayət edir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu prosesin müəyyən səbəbləri mövcuddur.

Uşaq vaxtı beyin bir çox yeni təcrübələrlə qarşılaşır və bu yenilikləri beyinin qəbul etməsi zaman alır. Buna görə də, zamanın daha yavaş axdığı təəssüratı yaranır. Lakin yaşımız çoxaldıqca, beyin məlumatları daha sürətlə qəbul edir, çünki, eyni təcrübələri daha öncə yaşayıb. Bu da zamanın sürətlə axdığını düşünməyimizə səbəb olur.

Yaş çoxaldıqca, ənənə halına gələn, yəni təkrarlanan prosesləri daha çox yaşayırıq. Eyni zamanda, baş verəcək müəyyən hadisələri əvvəldən təxmin edə bilirik. beynimiz təkrar edən prosesləri yadda saxlamaqda daha az enerji sərf etməyə başlayır.

Hər gün işə getmək, eyni yollardan keçmək və buna bənzər öncədən bildiyimiz proseslər beynimizin bunları daha az diqqətlə yadda saxlamasına səbəb olur. Ona görə də, həftələr və aylar bir göz qırpımı kimi gəlib keçir.

Araşdırmalara görə, buna çarə olaraq müəyyən şeylər etmək mümkündür. Məsələn, beynimizi daim yeniliklərlə məşğul etməliyik. Yeni hobbilər tapmaq, səyahət etmək və ya yeni insanlarla tanış olmaq.


metbuat.az.