14 İyun 2024 21:25
Türkiyə millisinin sabiq üzvü Nuri Şahin Almaniyanın "Borussiya" (Dortmund) kollektivinin baş məşqçisi təyin olunub.
Metbuat.az xəbər verir ki, 35 yaşlı mütəxəssis ötən gün istefa verən Edin Terziçi əvəzləyib. N.Şahinlə 2027-ci ilə qədər müqavilə bağlanıb.
Qeyd edək ki, o, daha əvvəl "Borussiya"da Edin Terziçin köməkçisi kimi fəaliyyət göstərib.