METBUAT.AZ

Ölkə

Obyekt almaq istəyənlərin diqqətinə -

16 İyun 2024 18:52

Paytaxt Bakıda, xüsusən də şəhərin mərkəzində binaların birinci mərtəbələrinin ictimai iaşə və ticarət obyektlərinə çevrilməsi prosesi sürətlənib. Belə ki, əksər yeni tikili hündürmərtəbəli binaların demək olar ki, hamısının birinci mərtəbəsi sadəcə obyekt kimi istifadə olunur. Bəs görəsən, binaaltı obyektlərin digər obyektlərdən başlıca üstünlükləri nədir?

Metbuat.az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, obyekt seçimi tələbələrə uyğun olaraq, müxtəlif olur: SEO Xidməti

"Bu mövzuda tələblər müxtəlifdir. Məsələn, banklar, bəzi xırda müəssislər, restoranlar daha çox ayrıca olan obyektlərə üstünlük verirlər. Əksinə, marketlər, ictimai satış mağazaları üçün isə binaaltı obyektlər daha əlverişlidir. Çünki belə olduqda, bina sakinləri başlıca müştəriyə çevirilir. Hər şey obyektin təyinatından asılıdır".

Ekspert qeyd edib ki, binaaltı obyektlərin başlıca müştəri bazası elə bina sakinlərinin özüdür:

"Digər tərəfdən bəzi sahibkarlar düşünür ki, binaları obyektlərin sökülmə ehtimalı daha azdır və daha güvənlidir. Plana düşən zaman qiymətləndirmə isə daha çox individual şəkildə aparılır. Obyektin yerləşdiyi yer, şəhərin mərkəzinə yaxın olması və ətraf infrastruktur burada əsas şərtdir. Qiymətlər isə daha çox tələbatdan asılıdır. Misal üçün, elə obyekt var ki, onun qabağında parklanma şəraiti daha yaxşıdır. Bütün bunların hamısı ayrı-ayrılıqda önəmli nüanslardır".


metbuat.az.