3 İyun 2024 17:12
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2023-cü il ərzində 13,2 min nəfərdə qızılcaya yoluxma halı qeydə alınıb.
Metbuat.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən il 94,1 min uşağa 1-ci doza, 117.9 min uşağa isə 2-ci doza QPM (qızılcaya, məxmərəyə, epidemik parotite qarşı) peyvəndi vurulub.