7 İyun 2024 11:43
“Cari ilin ötən 4 ayında ölkədə 38,2 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsal 4,3 % artıb”.
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Maliyyə naziri bildirib ki, dünya neft-qaz bazarlarında mövcud olan münbit qiymət 2024-cü ilin dövlət büdcəsində neft-qaz gəlirlərinin proqnozdan çox olmasına səbəb olub:
“Dövlət büdcəsinin artan gəlirləri əlavə vergi daxilolmaları, əlavə gömrük və idxaldan vergi daxilolmaları, dövlət büdcəsi tərkibində nəqliyyat vasitələrinin utilizasiyası fonduna daxilolmalar, dövlət borc kağızlarının emissiyası və s. hesabına təmin olunacaq. Dəyişikliklər nəticəsində büdcə gəlirlərinin 48,9%-i neft qaz sektoru, 51,9%-i isə qeyri-neft qaz sektorunun payına düşəcək. Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği dəyişməyəcək”.